- Baxış sayı: 458
- 30 Yanvar 2026 23:19
- Baxış sayı: 145
- Fevral 08, 2026
- 0

Milli paralimpiya komitəsinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılıya yeni vəzifə verilib.
Allsport.az xəbər verir ki, həmyerlimiz beynəlxalq görmə məhdudiyyətli idmançılar assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.
Hacılının təyinatı İBSA-nın idarə heyətinin onlayn formatda keçirilən son iclasında rəsmiləşib.
Qeyd edək ki, İBSA-ya 120-dən çox ölkə üzvdür.