- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

ABŞ basketbolçuları Paris oyunlara Keytlin Klarksız ardıcıl 8-ci qızıl medal üçün yollanacaqlar. Allsport.az saytı xəbər verir ki, qadın komandası 2022-ci ildə Rusiya həbsxanasında təxminən 10 ay yatmış “Finiks Merkuri”nin mərkəz oyunçusu Britni Qraynerin də daxil olduğu siyahını açıqlayıb.
Beləliklə, 33 yaşlı idmançı 3 ildən sonra ilk dəfə Tokio olimpiadasından Amerika qadınların xəyal komandasına qayıdacaq. Bununla belə, ABŞ-da populyarlığı və reklam müqavilələri hələ karyerasının əvvəlində NBA-nın kişi ulduzları səviyyəsində olan yüksələn gənc superulduz Keytlin Klarkın heyətdə olmaması çoxlarını şoka salıb.