- Baxış sayı: 78
- 03 Dekabr 2025 11:42
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

Ümumdünya antidopinq agentliyi (WADA) hələ də Rusiyadan 2023 və 2024-cü illər üçün üzvlük haqqını almadığını açıqlayıb.
Allsport.az xəbər verir ki, 2023-cü ildə Rusiya 1 milyon 267 min 23 dollar köçürməli idi ki, agentlik ondan cəmi 53 min 237 dollar alıb.
Ötən il Rusiyanın üzvlük haqqı 1 milyon 335 min 860 dollar olub. WADA sənədlərinə görə, bu məbləğ təşkilatın hesabına köçürülməyib.
“Mən təsdiq edə bilərəm ki, WADA 2023 və 2024-cü illər üçün ödəniş almamışdır. Üzvlük haqqı müvafiq ilin sonunda ödənilməlidir”, – deyə WADA-nın mətbuat xidmətinin rəhbəri Ceyms Fitscerald bildirib.