Rusiya superliqasında Kseniya Qoçigid 13, Natalya Məmmədova 11 xal qazanıb

Azərbaycan millisinin voleybolçuları Rusiya superliqasında növbəti oyuna çıxıblar. Allsport.az saytı xəbər verir ki, 17-ci turda Natalya Məmmədovalı Qazan “Dinamo”su evdə “Saxalin”i məğlub edib – 3:0 (25:17, 25:16, 25:13). Künc hücumçumuzun bu görüşdə 11 zərbəsi dəqiq olub. Tatarıstan təmsilçisi 48 xalla 1-ci yerdədir.

Blok oyunçumuz Kseniya Qoçigidin (Poznyak) şərəfini qorudugu “Leninqradka” da sevinib. Sankt-Peterburq təmsilçisi Metar “Dinamo”sunu üstələyib – 3:0 (25:18, 25:21, 25:17). Klubun kapitanı hesabına 13 xal yazıb. “Leninqradka” yarış cədvəlində 21 xalla 7-cidir.

 

Həmin kateqoriyadan