- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Dünya güləş birliyinin icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, onlayn formatda keçirilən vebinarda DGB-in büro üzvü Namiq Əliyev də iştirak edib. Vebinarda bir sıra mühüm qərarlar qəbul olunub.
Ali qurum Beynəlxalq olimpiya komitəsinin fevralın 28-də beynəlxalq idman federasiyalarına çağırışına cavab olaraq, Ukraynada davam edən münaqişəyə görə Rusiya və Belarus güləşçilərini bütün yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıb.
Bu ölkələrin rəsmi nümayəndələri də heç bir beynəlxalq turnirdə qonaq qismində iştirak edə bilməyəcək. Həmçinin Rusiya və Belarusda beynəlxalq yarışlar da keçirilməyəcək. Bu səbəbdən təqvimdə bu ölkələrdə baş tutması planlaşdırılan beynəlxalq turnirlər ləğv olunub.
DGB bəzi mühüm yarışların təşkilatçılığıyla bağlı qərarlar da qəbul edib. Belə ki, bu il noyabrın 5-6-da yunan-Roma güləşi üzrə dünya kubokunun Bakıda keçirilməsi rəsmiləşib. Paytaxtımız 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına da ev sahibliyi edəcək. Gələn il böyüklər arasında baş tutacaq qitə birinciliyinin təşkilatçığı isə Zaqrebə həvalə olunub.