- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Erməni karateçi fəxri kürsüyə Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə çıxıb
Azərbaycan Rusiyanın Xabarovsk şəhərində kyokuşin-karate üzrə keçirilən dünya çempionatında təxribatla üzləşib. Allsport.az saytı xəbər verir ki, bu, yarışın qaliblərinin mükafatlandırılması zamanı yaşanıb. Dünya çempionu olan ermənistanlı Artur Aruşanyan kürsüyə Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə çıxıb.
Həmyerlimiz Almaz Həsənov bildirib ki, 60 kq-da mübarizə aparan erməni idmançını qızıl medalla Rusiyanın prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, karate üzrə 5-ci dan sahibi Yuri Trutnev təltif edib. Vesti.az-ın məlumatına görə, “Platinum Arena”da baş verənlərlə bağlı həmvətənimiz bunları deyib:
“Arenada yığmamızın üzvləri ilə yanaşı, azərbaycanlı azarkeşlər də var idi. Lakin məni narahat edən onlardan heç birinin bu amilə diqqət yetirməməsi oldu. Heç kim erməni idmançının hərəkəti ilə bağlı çempionatın təşkilatçılarına şikayət etmədi”.