Bu gimnast Türkiyədə yayın ləzzətini çıxarır – FOTO

Rusiyalı gimnast Anna Popova istirahətdədir. Allsport.az xəbər verir ki, hazırda gimnastlar yarışlardan və tədbirlərdən qısa fasilə götürərək mövsümün gərgin ilk yarısından sonra dincəlirlər.

Popova təxminən bir ildir yarışlara qatılmır. BRİKS oyunlarından sonra əməliyyat olunan idmançı hələ də bərpa prosesindədir və daha çox İrina Vinerin şoularında çıxış edir. Buna baxmayaraq, o da kiçik bir istirahət planlayıb.

Anna Türkiyəyə, Rusiya millisinin stilisti Nataliya Dolotova ilə birlikdə yollanıb. Onlar birlikdə tətilin gedişini əks etdirən yumoristik video çəkiblər.

Popova həm də sosial şəbəkələrdə fəallığı ilə seçilir — o, tez-tez çimərlik fotoları və müxtəlif obrazlarda axşam gəzintilərinə hazırlaşarkən çəkilən şəkillərini paylaşır.

Həmin kateqoriyadan