Rusiyalı konkisürən Azərbaycana buraxılmadı

Rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan komandasına keçidi baş tutmayıb.

Allsport.az xəbər verir ki, bu barədə beynəlxalq konkisürmə birliyinin (İSU) şurası qərar verib.

Jilinanın 17 yaşı var. Yevgeni Pluşenkonun yetirməsi ötən mövsümü zədə səbəbindən buraxıb. O, 2023-cü il Rusiya gənclər çempionatının gümüş mükafatçısı və 2023-cü il gənclər qran prisinin qalibidir.

Jilina mayın 14-də İnstaqramda Azərbaycan pasportunu aldığını bildirib.

Həmin kateqoriyadan