Rusiyalı UFC döyüşçüsü mükafatlandırıldı

Tanınmış MMA jurnalisti Ariel Helvani 2025-ci ilin yekunlarına görə rusiyalı döyüşçü Pyotr Yanı iki nominasiyada – “İlin ən yaxşı çıxışı” və “İlin qayıdışı” üzrə qalib elan edib.

Allsport.az xəbər verir ki, Yan dekabrın 6-da keçirilən UFC-323 turnirində Merab Dvalişvilini məğlub edərək ən yüngül çəkidə çempionluq kəmərini geri qaytarıb. Helvani vurğulayıb ki, İslam Mahaçev və İliya Topuriya kimi güclü namizədlər olsa da, Yanın revanşdakı dominantlığı onu daha çox təsirləndirib.

Həmin kateqoriyadan