- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rusiyanın qadın boksçuları gərgin rəqabətə baxmayaraq, özlərini Bakı-2015 Avropa Oyunlarının favoriti hesab edirlər. Allsport.az xəbər verir ki, Rusiya boksçusu Yaroslava Yakuşina “Vestnik Kavkaza” internet səhifəsinin Rusiya üzrə xəbərləri üçün videomüsahibə verərkən bildirib: “Zənnimcə, biz ən güclü rəqib hesab edilməliyik. Biz qələbə qazanmaq üçün iştirak edəcəyik və heç kimi özümüzdən daha güclü hesab etməyə belə fikrimizdə yer vermirik”.
Yakuşina həmkarları Anastasiya Belyakova və Sayana Saqataeva ilə birgə Bakı-2015 Avropa Oyunlarında Rusiyanı təmsil edəcək.
Rusiya komandası Bakı-2015 hazırlıqlarına 1-7 mart tarixlərində bu ölkə üzrə qadınlar arasında keçirilmiş boks çempionatından sonra başlayıb.
Belyakova bildirib: “Özümüzü kifayət qədər yaxşı hazırlayır və formaya salırıq”.
Boksçular, xüsusilə İrlandiya, İngiltərə və Fransa kimi ölkələrdən yüksək səviyyəli rəqabət gözlədiklərini qeyd ediblər.
Saqataeva deyib: “Biz Avropa Oyunlarda iştirak etmək üçün ciddi seçim mərhələsindən keçmişik. Buna səbəb isə səkkiz çəki dərəcəsinə sadəcə səkkiz nəfərin düşməsidir. Zəif heyət Avropa Oyunlarında qələbə əldə edə bilməz. Yarışlar kifayət qədər çətin olacaq”.
Belyakova Avropa Oyunlarının qalibləri kürsüsündə dayanmaq şansına nail olmağı səbirsizliklə gözləyir: “Bu cür yarışlarda qələbə qazanaraq bütün həyatınız gözlərinizin qarşısında canlanır. Siz bu yarışlar üçün nə qədər hazırlaşdığınızı anlayırsınız. Nə qədər əsəb keçirdiyinizi, məşq etdiyinizi, səy göstərdiyinizi dərk edirsiniz. Daha sonra siz ən yüksək pillədə dayandıqda Rusiya Federasiyasının milli himni səslənir. Bu, çox gözəl bir andır. Dərhal göz yaşları axır. Siz bu qələbə üçün əmək sərf etmiş, uzun müddət hazırlaşmışsınız”.