- Baxış sayı: 109
- 11 Yanvar 2026 19:02
- Baxış sayı: 109
- Yanvar 11, 2026
- 0

“Çinar park” mehmanxanasının iclas otağında “Arpaçay” idman birliyinin geniş tərkibdə yığıncağı keçirildi. Allsport.az saytı xəbər verir ki, toplantıda “Arpaçay”ın idarə heyətinin üzvləri, Azərbaycan idman ictimaiyyətinin görkəmli nümayəndələri və KİV təmsilçiləri iştirak etdilər. İdman birliyinin prezidenti Əli Əsgərov tədbirdə giriş nitqi ilə çıxış edərək, qonaqları salamladı, hər kəsə xeyir-dua arzuladı. Sonra “Arpaçay”ın 1-ci vitse-prezidenti Yavər Hüseynov ötənilki fəaliyyəti və yeniliklərlə bağlı iştirakçılara məlumat verdi.
Onun sözünə görə, Azərbaycan kunq-fu federasiyasının rəhbərliyi ilə “Arpaçay” idman birliyi arasında əməkdaşlıq barədə razılıq əldə olunub. Bildirdi ki, 17 dekabr 2025-ci il tarixində “Arpaçay”ın tərkibində “Kombat” peşəkar döyüş liqasının yaradılıb. İdarə heyətinin qərarına əsasən, Ruslan Məmmədov liqanın prezidenti, Elçin Kazımov isə 1-ci vitse-prezidenti seçiliblər. İlk dəfə olaraq Azərbaycanda bu ilin apreldə “Kombat” peşəkar döyüş liqasının 1-ci çempionatı keçiriləcək.
Daha sonra “Kombat” PDL-in prezidenti göstərilən etimada görə minnətdarlığını bildirdi, ölkə başçısı cənab İlham Əliyevin idman siyasətinə dəstək göstərməyə və töhfə verməyə həmişə hazır olduğunu dilə gətirdi.
Kung-fu federasiyasından prezident Nurlan Aslanov, 1-ci vitse-prezident Babək Əliyev, ümumi işlər üzrə vitse-prezident Ehram Məcidov, federasiyanın hakimlər kollegiyasının sədri Güloğlan Cabbarlı da çıxış edərək mövcud əməkdaşlığın idman ictimaiyyəti üçün uğurlu olacağını diqqətə çatdırdılar.
Tədbirdə Milli Məclisin idman komitəsinin üzvü Vüqar İskəndərov, Milli olimpiya komitəsinin “Ədalətli oyunlar” komissiyasının sədri Xəzər İsayev, Azərbaycan karate federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, karate üzrə 5-qat dünya çempionu Rafael Ağayev, sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı Hacı Əliyev, MMA və qrapplinq federasiyasının prezidenti Azad Əsgərov, “Zeyd” döyüş mərkəzinin prezidenti Emin Əliyev çıxışlarında “Arpaçay” idman birliyinin fəaliyyətini yüksək dəyərləndirilər, gələcək fəaliyyətdə uğurlar arzuladılar.



