- Baxış sayı: 32
- 16 Aprel 2025 17:28
- Baxış sayı: 91
- Aprel 14, 2025
- 0
UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək Çernoqoriya “Mladost”u ilə cavab matçı öncəsi “Neftçi”nin futbolçusu Ruslan Qurbanov klubun rəsmi saytına açıqlama verib. Allsport.az sizi həmin açıqlama ilə tanış edir:
“Asan oyun olmur. Amma, mərhələni məhz “Neftçi”nin adlayacağına inaniram. Biz Monteneqroya elə-belə gəlməmişik. “Mladost” yəqin ki, müdafiədən oynayacaq. Çunki, nəticəni düşünəcəklər. Əgər ilk 15 dəqiqə ərzində qol vura bilsək bu əla olacaq, amma, tələsməməliyik. İstənilən halda imkanlarımız olacaq. Səbrlə oynayıb imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Düşünürəm ki, bizim mərhələ adlamaq şansımız daha çoxdur”.