Ruslan Qurbanov: “Neftçi”də mənə it kimi münasibət bəsləyirdilər

Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov gözlənilmədən “Neftçi”ni “Qəbələ”yə dəyişməsinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı statusda bunları qeyd edib:

“”Qəbələ”yə keçidimə görə məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Elə dəstəkləməyənlərə də. “Neftçi” fanatlarına da minnətdaram: siz həmişə mənim ürəyimdə qalacaqsınız. “Neftçi”dəki vəziyyətim çox çətin idi, hansı ki, bu haqda danışmaq istəmirəm. Sadəcə, hər kəsin məni anlayacağını düşünürəm. Mənə qarşı düzgün davranmadılar, it kimi münasibət bəsləyirdilər.

Bu da sonluğun belə alınmasına gətirib çıxardı. Buna görə də “Qəbələ”yə keçdim. “Neftçi”nin Müşahidə Şurasına təşəkkür edirəm ki, məni buraxdılar. Artıq özümü başqa komandada göstərməyin zamanı çatmışdı. Özüm də bir futbolçu kimi inkişaf etmək, ildən-ilə daha da arırmaq istəyirəm. Bundan əlavə, Roman Qriqorçukla çalışmağı da çox istəyirdim.

“Neftçi”də doğrudan da yaxşı illər keçirdim. Amma “Qəbələ”yə keçməsəydim, yenə də hansısa Avropa klubuna gedəcəkdim. Mənimlə Avstriya çempionatında çıxış edən “Şturm”, eləcə də Xorvatiya klubu maraqlanırdı. “Neftçi” azarkeşlərinin mənə qarşı kin saxlamağını istəməzdim. Mənim niyə getdiyimi anlayacağınızı düşünürəm. 18 qol vurdum, amma mənim əziyyətimə qiymət verməyən insanlar vardı. Artıq başqa zamandır. Bir daha çox sağ olun”.

Həmin kateqoriyadan