Ruslan Qurbanov “Neftçi”ni “Qəbələ”yə dəyişdi

Ardıcıl ikinci mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” hücum xəttini Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanovla gücləndirib. 25 yaşlı ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Rusiyada anadan olan futbolçu Stavropol “Dinamo”sunun yetirməsidir. Bu ölkədə “Rostov” (2008-2010), “Nika” (2008, icarə əsasında) və “Taqanroq”da (2009, icarə əsasında) çıxış edən Qurbanov 2010-cu ildə Azərbaycana transfer olunub. Bu müddətdən “Neftçi”nin şərəfini qoruyan milli üzvü 2011-2013-cü illərdə “Sumqayıt”, 2015-ci ildə Xorvatiya “Hayduk”una icarəyə verilib. Azərbaycan Premyer Liqasında keçirdiyi 119 matçda 28 qol vuran oyunçu ölkə çempionu (2010-2011) və kubokun qalibi (2013-2014) adını qazanıb.

Hazırda Azərbaycan millisinin heyətində DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə səfər matçına hazırlaşan Ruslan 2015-ci ildə debüt etdiyi yığmada 11 matç keçirib. Bunadək o, U-21 millisinin də şərəfini qoruyub.

Həmin kateqoriyadan