- Baxış sayı: 4
- 05 Fevral 2026 12:43
- Baxış sayı: 196
- Fevral 04, 2026
- 0

Rüstəm Əhmədzadə premyer liqada 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, “Sumqayıt”ın yarımmüdafiəçisinin yubileyi Azərbaycan premyer liqasının XV turuna təsadüf edib.
25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.
O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə fürsət qazanıb.
Rüstəm turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.