- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın qitə liqasının “İ” qrupunda rəqibi “Sivasspor”un baş məşqçisi Rza Çalımbəy qardaş ölkə mediasına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 57 yaşlı mütəxəssis sıx qrafiklə oynamaqlarından gileylənib:
“Superliqada rəqiblərin əksəriyyəti bizdən üstün durumdadır. Çünki biz üç gündənbir oyunlara çıxırıq. Həm Avropa liqasında, həm də yerli çempionatda mübarizə aparırıq.
Avrokubokda növbəti mərhələ fürsətimiz qalmaqdadır. “Qarabağ” səfərindən qələbə ilə qayıtmaq istəyirik. Bu matçı İstanbulda oynayacağıq. Bizim üçün az da olsa, üstünlük olar. Qazanmaqdan başqa çarəmiz yoxdur. Mənim yeganə qorxduğum şey zədədir. Bu məsələ ilə bağlı problem yaşamasaq, qrupdan çıxacağıq”.
Ölkəmizdə hərbi vəziyyətlə əlaqədar 26 noyabr İstanbulda “Başağşəhər Fateh Tərim” stadionunda görüş 21:55-də başlayacaq.