- Baxış sayı: 36
- 26 Mart 2026 12:23
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

23-24 avqust Bakıda 3×3 basketbol üzrə dünya qadın sıralamasının Səbail mərhələsinin oyunları baş tutacaq.
Allsport.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacağı yarışda ümumilikdə 16 kollektiv iştirak edəcək.
Onlardan 13-ü milli: Azərbaycan, Çex Respublikası, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya – 3-ü isə klub: “Zaqreb”(Xorvatiya), “Şanxay”(Çin),“CS Rapid”(Rumıniya) komandalarıdır.
Səbail mərhələsinin oyunları fəvvarələr meydanında baş tutacaq.