Səbinə Babayeva: Fotodakı an qəlbimin çığırtısıdır!

Qadın həndbolçuların superliqasının 16-cı turunda keçirilən “Azəryol” və “Qarabağ” oyununda gərgin anlar yaşandı. Fasiləyə 4 top irəlidə yollanan Çingiz Əzimovun komandası 2-ci yarının əvvəlində təşəbbüsü itirdi. Artıq “Qarabağ” rəqibi qovmağa başladı. Komanda çox çalışsa da, yekunda məğlubiyyətlə barışdı (30:28) . Heyətin mərkəz oyunçusu Səbinə Babayeva allsport.az saytına açıqlamasında yenilgiyə belə şərh verib:

“Oyunda şəklimə baxın. O hər şeyi deyir! Bu, qəlbimin çığırtısıdır! Görüş barəsində heçnə söyləməyəcəyəm. Bunda məna da görmürəm. Susmaq  – qızıldır! Amma azarkeşlərə ürəkdən minnətdaram. Onlar matça gəlib bizi dəstəkləyir, hər şeyi öz gözləri ilə görürlər. Bu – artıq komandamızın qələbəsidir!”

 

Həmin kateqoriyadan