- Baxış sayı: 47
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Son 5 il ərzində Azərbaycanda aşkar olunan antidopinq qayda pozuntularının 43 faizi steroid, 13 faizi isə narkotik vasitələrlə olub. Beynəlxalq antidopinq agentliyi tərəfindən aşkar edilən qayda pozuntularının isə 64 faizi steroid və narkotiklərin istifadəsi ilə bağlıdır”.
Allsport.az saytı xəbər verir ki, bunu Milli antidopinq agentliyinin direktoru Şəfəq Hüseynli mətbuat konfransında deyib. O, AMADA-nın bu il antidopinq və antinarkotiklə mübarizə istiqamətində 60 maarifləndirmə seminarı təşkil etdiyini qeyd edib:
“Antidopinq qayda pozuntularının 44 faizi steroid, 19 faizi narkotiklərlə bağlıdır. Ölkəmizdə də bu problem aktualdır. Aparılan beynəlxalq araşdırmalarla əldə edilən rəqəmlər göstərir ki, dünyada steroidlərdən istifadə edənlərin 25 faizi gələcəkdə narkotik maddə istifadəçisinə çevrilir”.