- Baxış sayı: 47
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, Avropa şurası tərəfindən milli antidopinq agentliyinə daha bir yüksək etimad göstərilib. AMADA-nın direktoru Şəfəq Hüseynli Avropa şurası antidopinq konvensiyasının ali qurumu olan monitorinq qrupunun sədr müavini vəzifəsinə seçilib.
Bu barədə 28 aprel 2023-cü il tarixində Fransanın Strasburq şəhərində Avropa şurası antidopinq konvensiyasının rəhbər qurumlarına keçirilən seçkilərdə qərar verilib. Monitorinq qrupu 52 ölkənin nümayəndə heyətindən və müşahidəçi beynəlxalq təşkilatlardan (ümumdünya antidopinq agentliyi, Beynəlxalq olimpiya komitəsi, UNESCO, və s.) ibarətdir. Monitorinq qrupunun vəzifəsi antidopinq konvensiyasının bütün üzv dövlətlərdə icrasına nəzarət etməkdir.