- Baxış sayı: 46
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Ümumdünya antidopinq agentliyinin milli antidopinq təşkilatları üzrə məşvərət qrupunun növbəti videokonfransı olub. Allsport.az saytı xəbər verir ki, görüşdə milli antidopinq agentliyinin direktoru, ali qurumun məşvərət qrupunun üzvü Şəfəq Hüseynli iştirak edib.
Məşvərət qrupunun ÜADA rəhbərliyinə milli antidopinq təşkilatlarına dair ekspert məsləhəti vermək və dəstək göstərmək məqsədilə yaradılmışdır. Qrup dünyanın müxtəlif ölkələrini təmsil edən dopinqlə mübarizə sahəsində tanınmış 10 ekspertdən ibarətdir. AMADA-nın direktoru Şəfəq Hüseynli 2019-cu ildə məşvərət qrupuna üzv seçilib.