- Baxış sayı: 46
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
May ayının 10-da Strasburqda Avropa şurasının ümumdünya antidopinq agentliyi ilə iş üzrə xüsusi komitəsinin 57-ci iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda iştirak edən gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli, hesabat xarakterli məruzə ilə çıxış edib. AMADA-nın direktoru, Avropa şurasında yaradılan və onun rəhbərlik etdiyi gender bərabərliyi üzrə xüsusi komitənin fəaliyyəti barədə də məlumat verib.
Bildirib ki, komitənin tərkibi artıq formalaşıb və keçirilən ilk iclasda komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Qeyd edək ki, xüsusi komitə Ş.Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini daha əhatəli formada həyata keçirmək və onun icrasını dəstəkləmək məqsədilə yaradılıb.
Məruzə dinlənildikdən sonra isə növbəti dövr üçün Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisinin müəyyənləşdirilməsi üçün seçkilər keçirilib. Bu zaman yenidən Şəfəq Hüseynlinin namizədliyi irəli sürülüb və növbəti iki il müddətinə Avropa şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.
Şəfəq Hüseynli ilk dəfə 2019-cu ildə Avropa şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilmişdi. Hökumətlərarası orqanları və digər strukturları çərçivəsində təyin edilən gender bərabərliyi üzrə məruzəçilər tərkibində olduqları müvafiq orqan və ya strukturun işinə, siyasətinə, proqram və fəaliyyətlərinə gender bərabərliyi konsepsiyasının daxil edilməsi yollarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərirlər.