- Baxış sayı: 38
- 25 Noyabr 2024 17:38
- Baxış sayı: 16
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində reallaşan “Kəpəz” – “Xəzər Lənkəran” oyununun 70-ci dəqiqəsində zədələnərək əvəzlənən Şəhriyar Əliyevin durumu yaxşıdır. Allsport.az xəbər verir ki, epizodların birində əzələsi dartılan müdafiəçi oyunu davam etdirə bilməsə də, sağlıq durumunda ciddi bir şey yoxdur.
Bu barədə klubun mətbuat xidmətinə açıqlamasında komandanın həkimi Şıxəli Həsənov deyib: “Şəhriyarın durumu normaldır, tezliklə bərpa olunacaq. Fərdi qaydada yüngül formada məşq edə bilər. Sabah yenidən bir daha müayinə edib, baş məşqçiyə durumu haqda məlumat verəcəyik. Bundan sonra qarşıdakı çempionat matçında oynayıb-oynamayacağına aydınlıq gələcək”.
Qeyd edək ki, komandanın aparıcı futbolçularından sayılan Şəhriyar Əliyev cari mövsümdə yalnız bir oyunda komandasına kömək edə bilməyib. Futbolçu cəzalı olduğundan “Zirə” ilə matçı buraxmaq məcburiyyətində qalıb.