- Baxış sayı: 73
- 20 Mart 2026 11:59
- Baxış sayı: 24
- Mart 25, 2026
- 0

Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışının 9 turu keçirilib. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarovun aktivində 1 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət var.
“Grand Chess Tour 2019” seriyasının rapid və blits yarışlarının yekununa görə 13,5 xalla 6-cı pillədədir.
Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
“Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luisdə təşkil edilib, növbəti mərhələ Kəlkətə şəhərində keçiriləcək. Noyabrın 30-dan dekabrın 10-dək Londonda isə final seriyanın matçları təşkil ediləcək.