- Baxış sayı: 67
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Şəhriyar Məmmədyarov Yekaterinburqda keçirilən iddiaçılar turnirinin dayandırılmasına sosial şəbəkə hesabında münasibət bildirib. Allsport.az xəbər verir ki, 34 yaşlı qrossmeyster turnirdən imtina etmiş Teymur Rəcəbova dəstək olub:
“İddiaçılar turnirini yarımçıq saxladılar. Yarış bir müddət sonra qaldığı yerdən davam edəcək. Cox təəssüf ki, burada sevinəcək nəsə yoxdur. Heyif o qədər ev hazırlıqları, debütlər, məşqçilər, komandaya gedən vəsait və zamana.
Şahmatçılar öz debüt sirrlərini və hazırlıqlarını göstərdilər. Hələ 14 günlük turnirin karantinini demirəm. Amma bu gün FIDE nümayəndələri dedi ki, turnir qaldığı yerdən davam edəcək.
Ümidvaram ki, ali şahmat qurumu 2 il sonra keçirəcəyi növbəti iddiaçılar turnirində Teymur Rəcəbova dəvət gondərəcək və bu narazılıq aradan qalxacaq. Teymur bizim fəxrimiz və qürurumuzdur. Onun turnirdən uzaq qalmağını heç vaxt hansısa şahmatçı istəməzdi.
Əfsus ki, belə oldu. Vaxtında iddiaçılar turnirinin 7 istirakçısından 2-si Teymura dəstək olsaydı, hər şey tam fərqli olardı. Təəssüf ki, turnirdən öncə heç biri dəstək olmadı. Növbəti iddiaçılar turnirinə birbaşa dəvət edəcəklərinə ümid edirəm!”
Teymur Rəcəbov iddiaçılar turnirindən koronavirusun pandemiyası səbəbindən imtina edib. Onun əvəzinə yarışa qatılan fransalı Maksim Vaşye-Laqray rusiyalı Yan Nepomnyaşi ilə birgə hərəyə 4,5 xalla ilk dövrənin qalibi olub. Turnir 7-ci turda COVID-19 infeksiyasına görə dayandırılıb.