- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 75
- Noyabr 21, 2024
- 0
FİDE qran-pri seriyasında iştirak edəcək şahmatçıların siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak edəcəkləri rəqabətin hər mərhələsində 16 nəfər mübarizə aparacaq.
Hər qrossmeyster 4 mükafat yarışı yalnız 3-ünə qatıla bilər. “Şah” Moskva, Yurmala və Təl-Əvivdə çıxış edəcək, Hamburqa yollanmayacaq. Teymur isə Yurmala səfərindən vaz keçəcək. Turnirin yekununa əsasən, ən yüksək göstəriciyə malik 2 şahmatçı 2020-ci ildə keçiriləcək iddiaçılar turnirində iştirak hüququ qazanacaq.
İlk mərhələ mayın 16-dan 30-dək Moskvada, sonrakılar Riqa və Yurmalada (11-25 iyul), Hamburqda (4-18 noyabr) və Təl-Əvivdə (10-24 dekabr) olacaq. Qran-prinin hər mərhələsinin mükafat fondu 130 min avro təşkil edəcək. FİDE tərəfindən yaradılan əlavə 280 min avroluq mükafat fondu yüksək nəticə göstərənlər arasında bölünəcək.