Səmti müəyyən etmə üzrə Azərbaycanın ilk medalı

Türkiyənin Antalya və Alanya şəhərlərində səmti müəyyən edənlər arasında “Antalya o days” turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, dünya reytinqli bu yarışda 3000-dən çox idmançı qatılıb. Azərbaycan millisi adı çəkilən rəqabətdə uğur qazanıb.

Alaniyada Cəbəli Rəis, Gədəvət və Kastl ərazilərində qısa, orta məsafələr  və eləcə də sprint üzrə M40 kateqoriyasında çıxış edən Xəyyam Məmmədov, 4 mərhələnin cəmində 3-cü yeri tutub.

Azərbaycan tarixində ilk dəfə olaraq səmti müəyyən etmə idman növü üzrə beynəlxalq statuslu yarışda qazanılmış medal ölkəmiz üçün idman sahəsində əldə edilmiş uğurlardan biridir.

 

Həmin kateqoriyadan