- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “İnter”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyuna yaxşı köklənmişdik. Futbolçular oyun saatını gözləyirdi. Futbolçulara təşəkkür edirəm. Meydanda canlarını qoydular. Düşünürəm ki, fasilədən sonra “Qəbələ” daha yaxşı futbol sərgiləyəcək. Ümumi götürsək, komandamız 3 xala layiq oynadı. Lakin bir qədər şanssızlıq oldu. Azarkeşlərlə Kamran Ağayev arasında insident oldu. Bunu pisləyirəm. Azarkeş oyunçunu təhqir etməməlidir. Eyni zamanda, qapıçı da buna reaksiya verməməli idi. Amma emosiyalarını saxlaya bilmədi. Futbolda belə halları pisləyirəm. Bundan öncə problemləri meydana çıxanda Kamrana dəstək olduq. Millinin qapıçısı həmişə yaxşı futbol oynayıb. Futbolçunu itirmək asandır, onu qazanmaq lazımdır. Biz də məsələyə bu prizmadan yanaşdıq”.