- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Güləşçilərin qitə çempionatında ölkəmizə 5-ci bürünc medalı Sənan Süleymanov (77 kq) qazandırdı. Allsport.az saytı xəbər verir ki, ötən il Romada eyni yarışda baş mükafata yiyələnən “klassik”, Varşavada yarımfinalda büdrədi. O, çıxışı barədə AGF-in saytına bunu deyib:
“Özümü yarışa hazır hiss edirdim. Ötən il çempion olmuşdum. Bu il də eyni nəticəni təkrarlamaq istəyirdim. Ancaq müəyyən səbəblərdən qismət olmadı. Hakimlərin haqsızlığıyla üzləşdim. Məğlubiyyətə bəhanə gətirmək istəmirəm. Ancaq fikrimcə, Türkiyə güləşçisiylə görüşdə rəqibin ilk fəndində xal verilməməliydi.
Bu epizoda qarşılaşmadan sonra bir neçə dəfə baxmışam. Üstəlik, parterdə olarkən rəqibə əlavə iki xalın verilməsini də doğru qərar saymıram. Etirazımız da qəbul olunmadı. Bu da mənə psixoloji cəhətdən mənfi təsir etdi. Alınmadı. Ancaq bürünc medal qazana bildim. Buna da şükür”.