- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yeganə gümüş medal Sənan Süleymanovdan (77 kq) gəldi. Allsport.az xəbər verir ki, karyerasında ilk dəfə mundialda fərqlənən gənc güləşçimiz DÇ-dəki çıxışı haqqında Azərbaycan güləş federasiyasının rəsmi saytına açıqlama verib:
“Təxminən 1 ay belimdəki zədəmlə bağlı məşq edə bilmədim. Hətta dünya çempionatında güləşməmək ehtimalı var idi. Çünki ciddi zədə idi. Ancaq müalicəmi davam etdirməklə yanaşı, təlim-məşq toplanışında da iştirak etdim. Hazırlıq prosesində sparrinqlər əsasən yüngül çəkili güləşçilər oldu. Dünya çempionatında finaladək ən çox çətinlik çəkdiyim qarşılaşma yarımfinal görüşüm oldu. Hesabda 5:0 öndə idim. Səhv üzündən hesab 5:4 oldu.
Əslində yarışa gələndə formada olmadığımı düşünürdüm. Ancaq mübarizəyə başladıqdan sonra çempion ola biləcəyimi anladım. Finalda 1:2 hesabıyla məğlub oldum. Nəsə çatmadı. Buna da şükür. Dünya çempionatında ilk medalımı qazandım. Ancaq qızıl olsaydı, daha yaxşı olardı.
Əvvəllər parterdə xal almağa çətinlik çəkirdim. Son 1 ildə bunun üstündə çox işləyirəm. Bu yarışda da əksər xallarımı parterdən qazandım. Bu da həmin məşqlərin bəhrəsidir”.