- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İstanbulda Türkiyənin olimpiya, dünya və qitə çempionu Yaşar Doğunun Yaşar Doğunun xatirəsinə güləş üzrə mükafat yarışı başa çatıb. Allsport.az saytı xəbər verir ki, sonuncu yarış günündə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə qadınlarda Tatyana Omelçenko (62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yığmamız 99 xalla komanda hesabında 2-ci yer tutub. Türkiyə 1-ci, Bolqarıstan isə 3-cü olub.
Sərbəst güləşdə baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Əbubəkr Abakarov (79 kq), Aslanbəy Alborov (92 kq), Camaləddin Məhəmmədov (125 kq) qızıl, İntiqam Vəlizadə (61 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Şamil Zubairov (92 kq) isə bürünc medala sahib olub. Beləliklə, ümumilikdə 4 qızıl, 1 gümüş və 6 bürünc medal əldə edən millimiz komanda hesabında 180 xalla 1-ci yer tutub. Türkiyə 2-ci, Gürcüstan isə 3-cü olub.
Qeyd edək ki, yarışda bizdən 3-cü dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev ədaləti qoruyub. Nümayəndə heyətinə AGF-in vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edəcək.