- Baxış sayı: 314
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Məlum olduğu kimi, sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını bu gün rəsmən başa vurub. Allsport.az saytı xəbər verir ki, AGF-in prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən o, gənclərdən ibarət yığmaya böyük məşqçi təyin olunub.
Titullu bahadırın yerinə yığmada kapitan vəzifəsi olimpiya, dünya və Avropa çempionu Şərif Şərifova tapşırılıb. O bu nəticəyə nail olan yeganə güləşçimizdir. Cəbrayıl Həsənovdan öncə bu etimad uzun müddət Xetaq Qazyumova həvalə edilmişdi.
Yeni kapitanın şəxsi məşqçisi AGF-in vitse-prezidenti Firdovsi Umudovdur.