- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Sərbəst güləş yığmamız növbəti təlim-məşqi başlayıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Saypulla Absəidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə 20-yə yaxın bahadır Göygöl olimpiya idman kompleksində hazırlığa başlayıb.
Avqustun 4-dək davam edəcək toplanışda əsasən fiziki çalışmaya diqqət yetiriləcək. Səfər sentyabrda Qazaxıstan paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıqdır.