- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Ukraynada güləş üzrə Kiyev turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə 8 güləşçimiz mübarizəyə qoşulub.
Əhmədnəbi Qvarzatilov (61 kq) qızıl, ustalar arasında debüt edən Cəbrayıl Hacıyev (70 kq) gümüş və Vahid Qalayev (125 kq) bürünc mmükafata yiyələniblər.
Beləliklə, sərbəst güləş yığmamız Kiyev turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc, qadınlarımız 1 bürünc medalla başa vurublar.