- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Sərbəst güləş yığmamız mayın 15-də növbəti təlim-məşqə başlayıb. Allsport.az saytı xəbər verir ki, Göygöl olimpiya idman kompleksində hazırlıq mayın 30-dək davam edəcək.
Baş məşqçi Saypulla Absəidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sədrəddin Ayqubovun rəhbərliyi ilə toplanışda Mahir Əmiraslanov, Georgi Edişeraşvili (hər ikisi – 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev, Toğrul Əsgərov (74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Aleksandr Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Seyid Məhəmmədrza Azərşakib və Camaləddin Məhəmmədov (125 kq) yer alıblar.
İyunun 25-30-da Minskdə 2-ci Avropa oyunlarına hazırlıqda fiziki çalışmalar əsas olacaq.