- Baxış sayı: 314
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək. Allsport.az xəbər xəbər verir ki, bu səfərə daha yaxşı hazırlaşmaq məqsədilə sərbəst güləş üzrə müvafiq komandamız bu gün Dağıstana yola düşüb. Məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi ilə oktyabrın 23-dək Mahaçqalada yerli komanda ilə birgə toplanışında 13 nəfər yer alacaq.
Hazırlığın ilk günlərindən məşqlərdə İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov, Sabir Cəfərov (hər ikisi – 65 kq), Əşrəf Aşurov, Davud İbrahimov, Cəbrayıl Hacıyev (70 kq), Murad Süleymanov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) iştirak edəcək.
Həftəsonu Yakutskda keçiriləcək Dmitri Korkin Memorialında çıxış edəcək Hacımurad Hacıyev (74 kq) və Əbubəkr Abakarov (79 kq) isə turnir başa çatdıqdan sonra təlim-məşq toplanışına qoşulacaq.