- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Sərbəst güləş üzrə millimiz aprelin 21-dən Bakıda növbəti təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, mayın 6-dan 9-dək Sofiyada keçiriləcək dünya olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyan hazırlıq prosesi olimpiya güləş mərkəzində keçirilir.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam etdirilən təlim-məşq toplanışında əsasən taktiki-texniki çalışmalara üstünlük verilir. Hazırlıq prosesi Azərbaycana təşrif buyurmuş Qazaxıstan millisi ilə birgə keçirilir.
Azərbaycanlı sərbəst güləşçiləri mayın 3-də Bolqarıstana yollanacaq. Olimpiadaya lisenziya qazandıracaq sonuncu yarış olan dünya olimpiya təsnifat turnirində Azərbaycan millisi 3 çəkidə – 57, 86 və 125 kq-da olimpiya oyunlarına vəsiqə əldə etməyə çalışacaq. Sofiyada güləşin bu növü üzrə mübarizə mayın 6-7-də baş tutacaq.