Sərbəst güləşçilərimiz toplanışa başladı

Sərbəst güləş yığmamız növbəti təlim-məşq toplanışına start verib.

Allsport.az xəbər verir ki, həftənin ilk günlərindən olimpiya güləş mərkəzində hazırlıqlara başlayan millimizin məşqlərində geniş heyət iştirak edir. Zədəli güləşçilər istisna olmaqla, komanda tam tərkibdə toplanışı davam etdirir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanış dekabrın 25-dək davam edəcək. Toplanışa sınaqçı-rəqib kimi Rusiyadan bir neçə güləşçi də qatılıb.

Növbəti təlim Türkiyədə keçiriləcək.

Həmin kateqoriyadan