Sərbəst və yunan-Roma güləşçilərimiz paytaxta döndü, qadınlar artıq Qazaxıstandadır

14-22 sentyabrda Qazaxıstan paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Tokio-2020-yə lisenziya xarakterli yarışa yığmalarımız ciddi hazırlaşır. Göygöl olimpiya idman kompleksində təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdan sərbəst və yunan-Roma güləşçilərimiz gələn həftənin ilk günlərində DÇ öncəsi son hazırlığa başlayacaqlar. Son TMT Olimpiya Güləş Mərkəzində olacaq.

Qadınlardan ibarət millimiz isə artıq Qazaxıstandadır. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında dünya çempionatında iştirak edəcək 8 qadın güləşçimiz bu gündən Qazaxıstan yığmasıyla birgə Nur-Sultanda təlim-məşq toplanışına başlayır. Məqsəd yerli mühitə uyğunlaşmaq və yarışa daha yaxşı hazırlaşmaqdır.

Həmin kateqoriyadan