Sərbəst və yunan-Roma güləşçilərimizin Tiflis sınağı

7-10 avqustda Tiflisdə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə qran-pri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi “sərbəstlər”də məşqçilər Arif Abdullayev və Sədrəddin Ayqubovun rəhbərliyi ilə Georgi Edişeraşvili, Şahin Muxtarov (hər ikisi – 57 kq), Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov, Əhmədnəbi Qvarzatilov (hamısı – 61 kq), Gitinoməhəmməd Hacıyev, Davud İbrahimov (70 kq), Toğrul Əsgərov, İsmayıl Abdullayev (74 kq), İbrahim Yusubov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) mübarizə aparacaqlar.

Yunan-Roma güləşçilərimiz böyük məşqçi Rövşən Bayramovla məşqçi Turac Hüseynlinin rəhbərliyi ilə uğur qazanmağa çalışacaq. Heyətdə Taleh Məmmədov (60 kq), Murad Məmmədov, Elman Muxtarov (hər ikisi – 63 kq), Kamran Məmmədov (67 kq), İslambəy Dadov (72 kq), Həsən Əliyev (77 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (82 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıblar.

Görüşlərin idarə olunmasında bizdən 3-cü dərəcəli beynəlxalq dərəcəli Həbib Nurulu da var.

Həmin kateqoriyadan