- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə U-23 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş millimiz dünən Vətənə qayıdıb.
Allsport.az saytı xəbər verir ki, 140 xalla komanda hesabında Avropa 3-cüsü olan komandamızı Heydər Əliyev beynəlxalq aeroportunda AGF rəsmiləri, məşqçilər, idmançıların yaxınları və media nümayəndələri qarşılayıb. 70 kq-da qalib adını qazanan Cəbrayıl Hacıyevin sevincini belə bölüşüb:
“Təəssüratlarım çox yaxşıdır. Qələbə qazanmağımda mənə dəstək olan hər kəsə – federasiyaya, yığmanın məşqçilərinə və şəxsi məşqçim Vahid Məmmədova təşəkkür edirəm. Bundan sonra da yaxşı hazırlaşıb, yüksək nəticələr qazanmağa çalışacağam”.