- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 24
- Mart 26, 2026
- 0

“Sabah” BK heyətini yeni oyunçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, amerikalı basketbolçu Trey Sampsonla 2025/2026 mövsümün sonuna kimi müqavilə imzalanıb.
Karyerasına ABŞ-da NCAA liqasında başlayan 24 yaşlı basketbolçu Bolqarıstan və İsveçrədə legionçu həyatı yaşayıb. Son olaraq İsveçrənin “Luqano Tayqers” klubunda çıxış edən Trey 2 metr 3 sm boya malikdir. O, hücumçu mövqeyində çıxış edir.