- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 218
- Mart 26, 2026
- 0

24 may “Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) final sıralamasının 4-cü oyunu baş tutub.
Allsport.az xəbər verir ki, “Sabah” və “Xəzri” komandaları arasında oyun bərabər mübarizə şəraitində başlayıb. Matçın sonlarında üstünlüyü ələ keçirən “Sabah”, yekunda 74-69 qələbə qazanıb.
Bununla ümumi hesabı 3:1 edən “göy-ağlar”, ardıcıl 2-ci dəfə çempion olub. Final seriyasının ən dəyərli oyunçusu (MVP) “Sabah”dan Şirzad Sirzadov seçilib.