- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 149
- Mart 26, 2026
- 0

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) final seriyasının üçüncü oyunu baş tutub.
Allsport.az xəbər verir ki, “Sabah” və “Xəzri” komandaları arasında final seriyasının üçüncü oyunu bərabər mübarizə şəraitində başlayıb. Daha sonra üstünlüyü ələ keçirən “Sabah”, yekunda 75-59 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə “Sabah” final seriyasının ümumi hesabında 2-1 önə keçib.
Ən məhsuldar basketbolçular: “Sabah” (Mayk Holton – 21 xal, 4 ötürmə), “Xəzri” (Cordan Perkins – 16 xal, 7 götürmə).