- Baxış sayı: 3
- 05 Fevral 2026 12:43
- Baxış sayı: 196
- Fevral 04, 2026
- 0

Azərbaycan premyer liqasının I turunun təxirə salınmış “Sabah” – “Qarabağ” oyunu keçirilib.
Allsport.az xəbər verir ki, görüş “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 9-cu dəqiqədə qonaqların futbolçusu Leandro Andrade açıb.
Masazır təmsilçisi əvvəlcə 52-ci dəqiqədə Coy-Lens Mikelsin qolu ilə hesabı bərabərləşdirib. 88-ci dəqiqədə isə Aaron Maluda komandasına qələbə gətirən qolun müəllifi olub.
Bununla da “Sabah” xallarının sayını 35-ə çatdıraraq liderliyə yüksəlib. “Qarabağ” 34 xalla ikincidir.