“Sabah” “Sərhədçi”ni üstələdi

Azərbaycan basketbol liqasında (ABL) 11-ci tura start verilib.

Allsport.az xəbər verir ki, “Sərhədçi” idman mərkəzində baş tutmuş turun açılış oyununda, “A” qrupunun liderlərindən sayılan “Sabah” 85-78 hesabı ilə “Sərhədçi” üzərində qələbə qazanıb. Oyunun ən dəyərli basketbolçusu 24 xal və 8 ribaundla Həsəni Qravet (“Sabah”) seçilib.

Turun növbəti oyunları (NTD-“Abşeron”, “Naxçıvan”-“Neftçi”,”Ordu”-“Sumqayıt”, “Şəki”-“Quba”, “Lənkəran”-“Gəncə”) 18 və 19 yanvarda keçiriləcək.

Həmin kateqoriyadan