- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

“Sabah” FIBA Avropa kubokunda növbəti oyununda da məğlub olub.
Allsport.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv “G” qrupunda Belçika təmsilçisi “Spiru”ya 68:78 hesabı ilə uduzub.
Görüş Bakı idman sarayında baş tutub.
Komandalar arasında ilk matçda da belçikalılar doğma meydanda 82:81 hesabı ilə qələbə qazanmışdılar. Azərbaycan təmsilçisi həmçinin evdə “Marussi”yə (Yunanıstan) 70:82, “Norrçepinq Dolfins”ə (İsveç) 70:74 hesabı ilə uduzub.