“Sabah”da ABŞ-li basketbolçu

Transfer çalışmalarını davam etdirən “Sabah” basketbol klubu sıralarını daha bir legionçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, amerikalı Deandre Uilyams FİBA çempionlar liqasında mübarizə aparacaq komandamızın heyətinə cəlb olunub. 206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb.

27 yaşlı idmançı T-1 liqasında mübarizə aparan “Tayvan Beer Leopards” klubunda çıxış edib. Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən “Memphis Tigers” klubunda oynayıb.

Həmin kateqoriyadan