“Sabah”da amerikalı basketbolçu

“Sabah” BK mövsümlərarası fasilədə sıralarını gücləndirməkdə davam edir.

Allsport.az xəbər verir ki, “bayquşlar” amerikalı basketbolçu David Nixols la 2 illik müqavilə imzalayıb. 2024/2025 mövsümündə Macarıstanın “Alba Fehérvár” basketbol klubunda möhtəşəm performans nümayiş etdirən Davidin həm FİBA Avropa kuboku, həm də Macarıstan çempionatında çıxışı Avropa basketbol ictimaiyyətində geniş rezonans doğurub.

1996-cı il martın 26-da ABŞ-də anadan olan David Nixols, 183 sm boya malikdir. Karyerasına ABŞ-nin nüfuzlu universitet komandalarında başlayan oyun qurucusu “Albani Qrit Deyns” və “Florida Steyt Seminols” komandalarında stabil çıxışı ilə yadda qalıb.

2024-cü ilin yayında “Alba Fehérvár” ilə müqavilə imzalayan Nixols, debüt mövsümündə komandanın liderlərindən birinə çevrilib. Son olaraq Türkiyənin “Yalovaspor” klubunda çıxış edib.

Həmin kateqoriyadan