- Baxış sayı: 55
- 06 Fevral 2026 11:07
- Baxış sayı: 32
- Fevral 08, 2026
- 0

4-8 fevralda Azərbaycan basketbol liqasında (ABL) 16-cı turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, “A” və “B” qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
“A” qrupu
“Gəncə” – NTD (104:85)
“Şəki” – “Abşeron Lions” (85:92)
“Neftçi” – “Sabah” (79:98)
“B” qrupu
“Sumqayıt” – “Lənkəran” (102:77)
“Quba” – “Sərhədçi” (97:89)
“Naxçıvan” – “Ordu” (92:95)
16 turdan sonra “A” qrupunun vahid lideri “Sabah”, “B” qrupunun vahid lideri isə “Ordu” klubudur. 17-ci turun oyunlarına 11 fevralda start veriləcək.